Türkiyəli professor "Bitki xəstəlikləri ilə bioloji mübarizədə yeni yanaşmalar" mövzusunda seminar söyləyəcək

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunan Ege Universitetinin professor-müəllim heyəti tərəfindən təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə universitetin fakültələrində seminarlar davam edir.

Proqram çərçivəsində növbəti seminar 19 Aprel 2022-ci il tarixində saat 11:00-da ADAU-nun yeni tədris binasında 431-ci otaqda Ege Universitetinin professoru Hatice Özaktan tərəfindən “Bitki hastalıklarıyla biyolojik mücadelede yeni yaklaşımlar” mövzusunda təşkil olunacaq.

Türkiyəli professor "Bitki xəstəlikləri ilə bioloji mübarizədə yeni yanaşmalar" mövzusunda seminar söyləyəcək