ENERGETİKA KAFEDRASI

Energetika kafedrasının ilk müdiri 1968-1971-ci illərdə dos.Məmmədov Ə.Ə., 1971-1977-ci illərdə dos. Əliyev İ.M. rəhbərlik etmişlər.1977-1983-cü illərdə kafedraya dos. Bağırov N.M., 1983-1987-ci ilə kimi kafedraya dos. Rzayev F.R., 1987-1990-cı illərdə Əliyev İ.M. rəhbərlik etmişdir. 1990-2002-ci ilə kimi kafedraya dos. Bağırov N.M. rəhbərlik etmiş, bu dövrdə kafedra “Elektrotexnika və istilik texnikası” adı ilə fəaliyyət göstərmişdir.2004-cü ildə kafedra “Elektrotexnika və elektrik təchizatı” adlandırılmışdır.

2002-2011-ci illərdə kafedraya dos. Məmmədov S.Z. rəhbərlik etmişdir. 2010-cu ildən kafedra “Energetika” kafedrası adlanır. 2011-ci ildən kafedraya 2014-cü ilə kimi dos. Kərimov İ.C. rəhbərlik etmişdir. Kafedra “Elektroenergetika mühəndisliyi”, “Elektrik mühəndisliyi” və “Aqrar istehsalatın elektrikləşdirilməsi və avtomatlaşdırılması” ixtisasları üzrə bakalavr və “Elektrik təchizatı” və “Elektrik təchizatının optimallaşdırılması” ixtisasları üzrə magistr hazırlığını həyata keçirir.

Kafedrada 7 laboratoriya (Elektrik təchizatı, Elektrotexnika və elektrotexnologiya, Elektrik şəbəkələri və sistemləri, Elektrik maşınları və aparatları, Elektrik ölçmələri, Elektrik maşınları, Elektrotexnika və Elektrotexniki materiallar, Elektron energetika və kompüter laboratoriya) fəaliyyət göstərir.

ENERGETİKA KAFEDRASIENERGETİKA KAFEDRASIENERGETİKA KAFEDRASIENERGETİKA KAFEDRASI

Kafedrada alternativ enerji mənbələrinin potensialının tədqiqi ilə enerjiyə qənaət rejimli texnologiyaların işlənməsi mövzusunda tədqiqatlar aparılmış, tədqiqatların nəticəsi olaraq Yuxarı Şirvan kanalında su elektrik stansiyasının tikilməsi AR Sənaye və Energetika Nazirliyinin texniki proqramına salınmışdır Günəş enerjisi ilə işləyə bilən kənd təsərrüfatı traktorunun faydalı modelinə patent verilmişdir. (U 2008 0010).

Hazırda kafedraya dosent, ADAU-nun professoru Siyasət Zülfüqar oğlu Məmmədov rəhbərlik edir. Kafedrada 12 nəfər professor - müəllim heyəti, o cümlədən – 1 nəfər texnika üzrə elmlər doktoru, professor (0,5 şt), 3 nəfər texnika elmlər namizədi, dosent (1-i ADAU-nun professoru olmaqla), 2 nəfər texnika üzrə fəlsəfə doktoru, dosent (e.a.o), 2 nəfər baş müəllim, 4 nəfər assistent çalışır.

ENERGETİKA KAFEDRASIENERGETİKA KAFEDRASIENERGETİKA KAFEDRASIENERGETİKA KAFEDRASI

KAFEDRA MÜDİRİ


Məmmədov Siyasət Zülfiqar oğlu
HAQQINDA MƏLUMAT (CV)

KAFEDRANIN HEYƏTİ


Ələkbərova Nailə Cabbar qızı
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Orucov Yaşar Behbud oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Salmanov Babək Zakir oğlu
Dosent (e.a.o.)
HAQQINDA MƏLUMAT (CV)



İmanova Natəvan Mobil qızı
Dosent (e.a.o.)
HAQQINDA MƏLUMAT (CV)



Babayev Nazim Əkbər oğlu
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



İsmayılov Arzu İsmayıl oğlu
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Xasməmmədli İlham Vüqar oğlu
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Süleymanov Nüsrət Ərəstan oğlu
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Mehtiyeva Cəmilə İsmayıl qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Ağayeva Şahanə Zakir qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)