Aqromühəndislik ixtisasının tələbələri “MKT İstehsalat Kommersiya” MMC-də olub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsinin bir qrup tələbəsi “MKT İstehsalat Kommersiya” MMC-nin Goranboy filialında istehsalat təcrübəsində olub.

Aqromühəndislik ixtisası üzrə lll kurs tələbələrinin iştirak etdiyi görüş “MKT İstehsalat Kommersiya” MMC-nin maşın traktor parkında yaz tarla işlərinə hazırlıq vərdişlərinin təmin edilməsi mövzusunda keçirilib.

“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 illik iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.

Aqromühəndislik ixtisasının tələbələri “MKT İstehsalat Kommersiya” MMC-də olub