ADAU-da Elm gününə həsr olunan tədbir təşkil olunub

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Elm günü münasibətilə “Mühəndis elminin inkişaf etdirilməsində kreativ fəaliyyətin rolu” adlı seminar keçirilib.

Seminarda çıxış edən Texniki mexanika və qrafika kafedrasının müdiri, texnika elmlər doktoru Şahlar Babayev seminar iştirakçılarına universitetdə elmi sahədə həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs edib.

Tədbirdə universitetin Mühəndislik fakültəsinin startap qrupları üzvlərinə verilmiş mövzulara aid konkret texnoloji innovasiyalara həsr olunan layihələr seminar iştirakçılarının marağına səbəb olub.

Nümayiş olunan modellər tələbələrdə innovativ düşüncənin daha da inkişaf etdirilməsi baxımından maraqla qarşılanıb.

ADAU-da Elm gününə həsr olunan tədbir təşkil olunubADAU-da Elm gününə həsr olunan tədbir təşkil olunubADAU-da Elm gününə həsr olunan tədbir təşkil olunub