Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Emoda şirkətinin nümayəndələri Berk Deniz, Tolga Ağım və Kadir Üğüdücü tələbələr üçün “Village” beynəlxalq virtual tədris ekosistemi haqqında məlumat sessiyası keçiriblər.
Təqdimat zamanı qonaqlar layihənin məqsədləri, əhatə dairəsi və müasir mühəndislik təhsilində rolu barədə ətraflı məlumat veriblər. Bildirilib ki, “Village” layihəsi mühəndislik təhsilini daha əlçatan, interaktiv və innovativ etmək məqsədi daşıyan beynəlxalq virtual laboratoriyalar ekosistemidir.
Layihənin əsas hədəfləri tələbələrə real avadanlıq olmadan simulyasiya əsaslı təhlükəsiz mühitdə praktiki bacarıqların aşılanması, müxtəlif ölkələrdən tələbələrin birgə virtual platformada əməkdaşlıq imkanlarının genişləndirilməsi və VR/AR texnologiyaları, uzaqdan laboratoriya idarəetməsi, süni intellektə əsaslanan öyrənmə mühitləri vasitəsilə tədrisdə innovasiyaların tətbiqidir. Eyni zamanda layihə tələbələrin sənaye tələblərinə uyğun hazırlanmasına və real iş mühitinə daha sürətli uyğunlaşmasına dəstək verir.
Tədbirdə layihənin universitetlər üçün yaratdığı imkanlar, tələbələr üçün nəzərdə tutulan sertifikatlaşdırma üstünlükləri, əməkdaşlıq və təcrübə proqramları barədə geniş müzakirələr aparılıb.
Sonda şirkət nümayəndələri tələbələrin suallarını cavablandırıb və onları layihədə fəal iştirak etməyə dəvət ediblər.