ADAU-da imtahan sessiyası davam edir

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) payız semestrinin imtahan sessiyası davam edir.

Tələbələrin diqqətinə çatdırılıb ki, imtahanlara üzrlü səbəbdən gəlməyən tələbələrə həmin fənlərdən imtahan vermək üçün 2022-ci il fevralın 2-dən 8-dək bir dəfə şərait yaradılacaq. Tələbələr imtahanda iştirak etmədiklərinin səbəblərini əks etdirən sənədləri (həkimdən arayış, idman və bilik yarışlarında iştirakı təsdiq edən sənəd və s.) dekanlığa təqdim etməlidirlər.

Həmçinin, 2021/2022-сi tədris ilinin payız semestrinin imtahan sessiyasında qeyri-kafi qiymət almış tələbələr üçün həmin fənn üzrə 25% ödəməklə təkrar imtahana 2022-ci il fevralın 6-dan 10-dək bir dəfə şərait yaradılacaq (tələbənin seçiminə əsasən yalnız 2 fənn üçün). Əvvəlki imtahan sessiyalarından qeyri-kafi qiymət almış tələbələr isə bu imkandan 2022-ci ilin yanvarın 5-dən fevralın 1-dək istifadə edə bilərlər.

ADAU-da imtahan sessiyası davam edirADAU-da imtahan sessiyası davam edirADAU-da imtahan sessiyası davam edir