ADAU-da ödənişsiz təkmilləşdirmə kursları davam edir

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində aqronomluq, baytarlıq və aqromühəndislik istiqamətləri üzrə ödənişsiz təkmilləşdirmə kursları davam edir.

Proqram çərçivəsində iştirakçılar ADAU-nun Meyvə bağları, Heyvandarlıq kompleksləri, Tədris-təcrübə təsərrüfatı, Heyvan kəsim sexi, Baytarlıq klinikası, Maşın-traktor parkı və Suni mayalanma tədrisi mərkəzində və digər yerlərdə qeyd olunan sahələr üzrə kurslara cəlb olunurlar.

Kurslarda heyvanların bəslənməsi, yetişdirilməsi, cərrahi əməliyyatlar, quşçuluq və digər sahələrdə müasir texnologiyaların tətbiqi, elmi-tədqiqat işlərinin aparılması, müasir diaqnostika və müalicə - profilaktika tədbirləri, bağlarda aqrotexniki qulluq, xəstəlik və zərərvericilərlə mübarizə və s. mövzular iştirakçılara praktiki formada çatdırılır.

Qeyd edək ki, təkmilləşdirmə kursları ödənişsizdir. Layihə iştirakçıları universitetin tələbə evində ödənişsiz yaşayış yeri ilə təmin olunublar. Həmçinin kursları müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.

ADAU-da ödənişsiz təkmilləşdirmə kursları davam edirADAU-da ödənişsiz təkmilləşdirmə kursları davam edir
ADAU-da ödənişsiz təkmilləşdirmə kursları davam edir
ADAU-da ödənişsiz təkmilləşdirmə kursları davam edir
ADAU-da ödənişsiz təkmilləşdirmə kursları davam edir
ADAU-da ödənişsiz təkmilləşdirmə kursları davam edir