Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 4 komandası da daxil olmaqla, ölkənin bir sıra ali təhsil müəssisələrinin iştirak etdiyi "49-cu ICPC – Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma" müsabiqəsinin 1/8 final mərhələsi müvəffəqiyyətlə başa çatıb.
Müsabiqənin nəticələrinə əsasən, ADAU-nun "ADAU-1" komandası (İnformasiya Texnologiyaları ixtisasının tələbələri Hüseyn Vəliyev, Zeynəb Əliyeva, Aydan Abbasova və Aysun Həsənova) yüksək nəticələr göstərərək 27 oktyabr 2024-cü il tarixində Bakı Mühəndislik Universitetində keçiriləcək "49-cu ICPC – Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma" müsabiqəsinin Azərbaycan üzrə 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Komandanın bu nailiyyəti münasibətilə ADAU-nun İnformasiya Texnologiyaları kafedrasının müdiri, dosent Zakir Hüseynov, dosent Mahil Məmmədov və assistent Etibar Verdiyev tələbələrlə görüş keçiriblər. Görüş zamanı müəllimlər komanda üzvlərini təbrik edib, müsabiqənin növbəti mərhələsi üçün öz dəyərli məsləhət və tövsiyələrini veriblər. Komanda üzvlərinə hədiyyələr təqdim olunub və qarşıdakı mərhələdə onlara böyük uğurlar arzulanıb.