ADAU əməkdaşları Özbəkistandakı beynəlxalq konfransda iştirak edib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Kənd təsərrüfatı texnikası və texniki servis kafedrasının müdiri, dosent Aydın İsayev və baş müəllimi Qurban Qurbanov Özbəkistan Respublikasının Daşkənd Dövlət Aqrar Universitetində (DDAU) keçirilən və universitetin 95 illik yubileyinə həsr olunan beynəlxalq elmi-praktik konfransda iştirak edib. Tədbirdə dünyanın müxtəlif ölkələrindən tanınmış aqrar universitetlərin, elmi-tədqiqat institutlarının və beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.

Konfransın əsas mövzusu “Qlobal iqlim dəyişikliyi şəraitində kənd təsərrüfatının davamlı inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi” olub.

Plenar iclasda Azərbaycan, Qazaxıstan, Türkiyə, Belarus, Rusiya və digər ölkələrin alimləri elmi məruzələrlə çıxış ediblər. ADAU-nun müəllimləri Aydın İsayev və Qurban Qurbanov isə “Torpaq eroziyasına qarşı müasir texnologiyalar: yeni nəsil kənd təsərrüfatı texnikası” mövzusunda təqdimatla çıxış edərək resursqoruyucu texnologiyalar, torpaq münbitliyinin qorunması və ağıllı torpaq emalı sistemləri üzrə tədqiqat nəticələrini iştirakçıların diqqətinə çatdırıblar.

Həmçinin bölmə iclaslarında iqlim dəyişikliyinə adaptasiya, aqrar sahədə rəqəmsal transformasiya, su ehtiyatlarının idarə olunması və dayanıqlı inkişaf üçün mütəxəssis hazırlığı kimi mövzular üzrə müzakirələrdə fəal iştirak ediblər.

Konfrans çərçivəsində ADAU ilə Daşkənd Dövlət Aqrar Universiteti, həmçinin regionun digər elmi mərkəzləri arasında gələcək əməkdaşlığın genişləndirilməsi ilə bağlı ümumi razılıq əldə edilib. Tərəflər birgə tədqiqatların aparılması, akademik mübadilələrin inkişaf etdirilməsi və aqrar sahədə yeni birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını bildiriblər.


ADAU əməkdaşları Özbəkistandakı beynəlxalq konfransda iştirak edibADAU əməkdaşları Özbəkistandakı beynəlxalq konfransda iştirak edibADAU əməkdaşları Özbəkistandakı beynəlxalq konfransda iştirak edibADAU əməkdaşları Özbəkistandakı beynəlxalq konfransda iştirak edib