ADAU-nun bazasında təsis olunan Texniki komitənin - “AZSTAND/TK – 41”-in ilk iclası keçirilib

26 May 2022-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsində Texniki komitənin - “AZSTAND/TK – 41”-in ilk iclası təşkil olunub.

Çıxış edən Texniki Komitənin katibi Şahlar Babayev Azərbaycan Dövlət Aqrar Universitetində təsis olunan “Kənd Təsərrüfatı Texnikası, Avadanlıqları, Suvarma sistemləri dəsti və alətləri” - adlı Texniki komitənin iştirakçılarını təbrik edərək, şərəfli işlərində onlara müvəffəqiyyətlər arzu edib.

Yeni komitənin sənədləri ilə iştirakçıları tanış edən Şahlar Babayev Texniki komitənin fəaliyyətinin Standartlaşdırma haqqında Azərbaycan Respublikasının Qanununa və Texniki komitənin təsdiq olunmuş Əsasnaməsinə müvafiq fəaliyyət göstərəcəyini qeyd edib, iclasın əsasən fəaliyyət planının müəyyən edilməsinə həsr olunduğunu bildirib.

Texniki komitənin iclasında Universitetin Mühəndislik fakültəsinin dörd müvafiq kafedrası və şəhərimizdə fəaliyyət göstərən beş təşkilatdan analoji sahədə səriştəli və səlahiyyətli 18 nəfər iştirak edib.

İclasda çıxış edən Universitetin Elm şöbəsinin müdiri Elçin Nəsirov da toplantı iştirakçılarına uğurlar arzu edib.

ADAU-nun bazasında təsis olunan Texniki komitənin - “AZSTAND/TK – 41”-in ilk iclası keçirilibADAU-nun bazasında təsis olunan Texniki komitənin - “AZSTAND/TK – 41”-in ilk iclası keçirilibADAU-nun bazasında təsis olunan Texniki komitənin - “AZSTAND/TK – 41”-in ilk iclası keçirilibADAU-nun bazasında təsis olunan Texniki komitənin - “AZSTAND/TK – 41”-in ilk iclası keçirilibADAU-nun bazasında təsis olunan Texniki komitənin - “AZSTAND/TK – 41”-in ilk iclası keçirilibADAU-nun bazasında təsis olunan Texniki komitənin - “AZSTAND/TK – 41”-in ilk iclası keçirilib