ADAU-nun bir qrup əməkdaşı Ege Universitetinə səfər edib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsinin bir qrup əməkdaşı “Village Horizon – Qlobal mühəndislik təhsilində virtual innovativ tədris laboratoriyaları” layihəsi çərçivəsində Türkiyə Respublikasının nüfuzlu ali təhsil müəssisələrindən olan Ege Universitetinə səfər edib.

Səfər çərçivəsində ADAU-nun Mühəndislik fakültəsinin əməkdaşları Qurban Qurbanov, Əsəd Allazov, Əlikram Əkbərov, Ələmdar İsmayılov və Fuad Vaqifli Ege Universitetində mühəndislik təhsili üzrə tətbiq olunan müasir tədris metodları, virtual və innovativ laboratoriya imkanları, eləcə də qlobal mühəndislik təhsilində rəqəmsal həllərin rolu ilə bağlı təcrübə və yanaşmalarla tanış olublar.

Görüşlər zamanı elmi-tədris əməkdaşlığının genişləndirilməsi və birgə layihələrin icrası perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


ADAU-nun bir qrup əməkdaşı Ege Universitetinə səfər edibADAU-nun bir qrup əməkdaşı Ege Universitetinə səfər edib