Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələrindən ibarət komanda “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Qarabağ Hakatonu 2026”da uğur qazanıb.
13 ali təhsil müəssisəsini təmsil edən 52 tələbənin iştirak etdiyi yarış çərçivəsində iştirakçılar işğaldan azad edilən rayonlarla bağlı investisiya müsabiqələrini və layihə imkanlarını bir araya gətirən platformanın konsepsiyasını hazırlayıblar.
Hakaton müddətində komandalar ideyalarını inkişaf etdirib, təklif etdikləri həllərin modellərini hazırlayıb və layihələrini təqdim ediblər. Akselerasiya və inkubasiya mərkəzlərinin nümayəndələri mentor qismində iştirak edərək komandalara dəstək göstəriblər.
ADAU tələbələrini bu uğur münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!