Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Əsaslı kitabxanası və Energetika və elektrik mühəndisliyi kafedrasının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən Əsaslı kitabxananın direktoru Kamil Məmişov Vətən müharibəsində əldə olunmuş Zəfərin ordumuzun gücünün, xalqımızın birlik və həmrəyliyinin bariz təcəssümü olduğunu vurğulayıb. Bildirib ki, ərazi bütövlüyümüzün bərpa edilməsi və dövlət suverenliyimizin tam təmin edilməsi ölkə rəhbərliyinin xalqımız və müstəqil dövlətimiz qarşısında müstəsna xidmətidir.
Energetika və elektrik mühəndisliyi kafedrasının müdiri Fəxrəddin Yusibov çıxışı zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söhbət açıb. İkinci Qarabağ müharibəsində əldə olunmuş Zəfərin ordumuzun gücünün, xalqımızın birlik və həmrəyliyinin bariz təcəssümü olduğunu vurğulayıb.
Mühəndislik fakültəsinin dekanı Təvəkgül İslamov Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin tarixin ən şanlı günlərini yaşadığını deyib. Qarabağın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq salnaməsi olan Vətən müharibəsində qazanılan Qələbəni xalqımızın qürur hissi ilə qeyd etdiyini söyləyib.
I Qarabağ müharibəsi iştirakçısı baş müəllim Arzu İsmayılov çıxışı zamanı müharibə iştirakçıları, qazilər və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan bəhs edib.
Zəfər Gününə həsr olunan növbəti tədbir Aqrar Gənclər Təşkilatı və Gəncə şəhərində fəaliyyət göstərən Art Studionun birgə təşkilatçılığı ilə "Zəfər Günü" adlı yaradıcılıq müsabiqəsi olub.
Müsabiqədə müxtəlif ixtisaslardan olan həvəskar rəssam tələbələr öz əsərlərini təqdim ediblər. Yaradıcılıq mövzusunda bacarıqlarını nümayiş etdirən tələbələrdən Azərbaycan Dövlət Aqrar Universitetinin IV kurs tələbəsi Zümrüd Məmmədova I yerə layiq görülüb.
Qalib tələbələr müsabiqənin sonunda müxtəlif hədiyyə və sertifikatlarla təltif olunublar.