Daşkənd Dövlət Aqrar Universiteti ilə qarşılıqlı əməkdaşlıq müqaviləsi əsasında dəvət olunan bir qrup əməkdaşı Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) səfərdə olub.
Daşkənd Dövlət Aqrar Universitetinin Bitkiçilik və toxumçuluq kafedrasının dosenti, aqrar elmlər üzrə fəlsəfə doktoru Nazarov Xudayberdi Kuydimuratoviç, Kənd təsərrüfatı texnikalarının mexanikləşdirilməsi və avtomatlaşdırılması kafedrasının dosenti, texnika üzrə fəlsəfə doktoru Mirzəqocayev Şerxodxuja Şoxruxoviç, Bitki mühafizə və karantin kafedrasının professoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Nəsirova Zərifəxan və Baramaçılıq və tutçuluq kafedrasının dosenti, aqrar elmlər üzrə fəlsəfə doktoru Mirzəyeva Yorkinoy nümayəndə heyətinin tərkibində iştirak ediblər.
Qonaqlarla görüşən ADAU-nun rektoru Zəfər Qurbanov gələcək əməkdaşlıq istiqamətləri, birgə elmi-tədqiqat layihələrinin işlənməsi və tədris proqramlarının yenilənməsi barədə fikir mübadiləsi aparıb.
Səfər çərçivəsində Aqronomluq, Mühəndislik və Zoomühəndislik fakültələrində professor-müəllim heyətinə və magistr tələbələri üçün bir sıra ixtisaslaşmış seminarlar təşkil olunub.
Həmçinin, qonaqlar ADAU-nun maddi-texniki bazası və laboratoriya imkanları və Gəncə şəhərinin gəzməli-görməli məkanları ilə yaxından tanış olublar.
Bu səfər iki ali təhsil müəssisəsi arasında elmi-pedaqoji əlaqələrin gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və ortaq layihələrin reallaşdırılması baxımından vacib əhəmiyyət daşıyır.