Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) İnnovasiyalar Mərkəzi ilə Gəncə Dövlət Aqrar Kollecinin (GDAK) birgə təşkilatçılığı ilə həyata keçirilən “Düşün və Yarat” hakatonu uğurla başa çatıb. Gənclərin innovativ düşüncə tərzinin inkişaf etdirilməsi, aqrar sahədə yeni texnoloji həllərin təşviqi və tələbələrin komanda şəklində işləmək bacarıqlarının gücləndirilməsi məqsədilə təşkil olunan hakaton iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbir çərçivəsində iştirakçılar müxtəlif istiqamətlər üzrə innovativ layihələrini təqdim edərək öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Hakatonun bağlanış mərasimində Universitetin rektoru Zəfər Qurbanov çıxış edərək belə təşəbbüslərin tələbələrin yaradıcı potensialının üzə çıxarılması, innovativ düşüncə tərzinin formalaşdırılması və gələcək peşəkar fəaliyyətlərində mühüm rol oynadığını vurğulayıb. Rektor iştirakçılara uğurlar arzulayaraq onların təqdim edəcəyi layihələrin aqrar sektorun inkişafına real töhfə verəcəyinə inandığını bildirib.
Gəncə Dövlət Aqrar Kollecinin direktoru Fəqan Ağayev çıxış edərək tələbələrin bu kimi intellektual və innovativ platformalarda fəal iştirakının əhəmiyyətindən danışıb. O, gənclərin yeni ideyalar ortaya qoymasının, təşəbbüskarlıq ruhunun inkişaf etdirilməsinin və praktiki bacarıqlar əldə etməsinin onların gələcək karyerasında mühüm rol oynadığını diqqətə çatdırıb.
Tədbirin sonunda İnnovasiyalar Mərkəzinin direktoru Elvin Ağayev çıxış edərək hakatonun yekunları barədə ətraflı məlumat verib. Bildirilib ki, yarış müddətində iştirakçılar müxtəlif innovativ layihələr üzərində çalışaraq münsiflər heyəti qarşısında təqdimatlar ediblər və layihələr innovativlik, tətbiq imkanları, aktuallıq və təqdimat bacarıqları əsasında qiymətləndirilib.
Ümumilikdə 8 komandanın mübarizə apardığı hakatonda ən yaxşı nəticə göstərən komandalar müəyyənləşdirilib. Münsiflər heyətinin qərarına əsasən “AgroTap” komandası I yerə, “SmartFarm” komandası II yerə, “Vinegro” komandası III yerə layiq görülüb. “BeeSphera” komandası isə nümayiş etdirdiyi yaradıcı yanaşma və perspektivli ideyasına görə həvəsləndirici mükafatla təltif olunub.
Sonda qalib və fərqlənən komandalar təşkilatçılar tərəfindən diplom, sertifikat və pul mükafatları ilə təltif ediliblər. Tədbir iştirakçıları belə layihələrin gənclərin innovasiya ekosisteminə inteqrasiyası, yeni əməkdaşlıq imkanlarının formalaşdırılması və aqrar sahədə rəqabətqabiliyyətli ideyaların ortaya çıxarılması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər.