Energetiklər Günü Aqrar Universitetdə qeyd olunub

20 oktyabr - Energetiklər Günü münasibətilə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsinin Elektrik mühəndisliyi kafedrasında elmi-praktiki seminar keçirilib.

Seminarda bildirilib ki, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) birinci enerji bloku ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib, bununla da Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsi isə milli energetika salnaməmizin daha bir şanlı səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın energetika kompleksinin, o cümlədən elektrik enerjisi sisteminin inkişafına xüsusi diqqət yetirib, bu sahədə misilsiz quruculuq işləri görüb. Ulu Öndərin müəyyənləşdirdiyi və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar Azərbaycanın güclənməsinə və qüdrətlənməsinə yönəlib. Dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən elektrik energetikası üzrə mükəmməl proqramlar işlənib hazırlanıb.

Sonra çıxışlar dinlənilib, suallar cavablandırılıb.


Energetiklər Günü Aqrar Universitetdə qeyd olunubEnergetiklər Günü Aqrar Universitetdə qeyd olunubEnergetiklər Günü Aqrar Universitetdə qeyd olunubEnergetiklər Günü Aqrar Universitetdə qeyd olunubEnergetiklər Günü Aqrar Universitetdə qeyd olunub