Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsində “Meliorasiya və hidrotexniki qurğular” kafedrasının Tələbə Elmi Cəmiyyətinin (TEC) növbəti elmi konfransı baş tutub.
Tədbirdə kafedranın bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələri tərəfindən ölkəmizin su təsərrüfatı və meliorasiya sahəsi üçün aktual hesab olunan 10 müxtəlif mövzuda elmi məruzə təqdim edilib. Məruzələr müasir çağırışlar, dövlət prioritetləri və dayanıqlı inkişaf prinsipləri əsasında hazırlanıb.
Müzakirə olunan əsas istiqamətlər sırasında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə meliorasiya və su təsərrüfatı sahəsində həyata keçirilən dövlət siyasəti, regionlarda aparılan abadlıq və infrastruktur layihələri xüsusi yer tutub. Bununla yanaşı, su eroziyası ilə mübarizə, yeraltı su ehtiyatlarının qorunması, su anbarlarının səmərəli idarə olunması, həmçinin hidroenergetika sahəsində yeni texnoloji qurğular və müasir suvarma sistemlərinin tətbiqi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.