Meliorasiya və su təsərrüfatı sahəsində gənc mütəxəssislərin hazırlanması prosesi müzakirə olunub

Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu Publik hüquqi şəxsin nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) əməkdaş və tələbələri ilə görüş keçirib.

Görüşün əsas məqsədi elm və təhsil arasındakı əlaqələri gücləndirmək, meliorasiya və su təsərrüfatı sahəsində gənc mütəxəssislərin hazırlanması prosesini müzakirə etmək olub.

Tədbirdə ADAU-nun Meliorasiya və hidrotexniki qurğular kafedrasının professor-müəllim heyəti, eləcə də ixtisasın III və IV kurs tələbələri fəal iştirak ediblər.

ETİ-nin nümayəndələri çıxış edərək, İnstitutun cari fəaliyyət istiqamətləri, su ehtiyatlarının idarə olunması, meliorasiya sistemlərinin yenidən qurulması və rəqəmsallaşdırılması üzrə həyata keçirdiyi elmi-tədqiqat layihələri barədə ətraflı məlumat veriblər. Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə iştirak edən professor-müəllim heyəti bu cür əlaqələrin təhsilin keyfiyyətini artırmaq və məzunların peşəkar inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar.

Su və Meliorasiya ETİ və ADAU nümayəndələri elm və təhsilin inteqrasiyasını dərinləşdirməyə, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini davam etdirməyə və gələcəyin meliorasiya mühəndislərinin yetişdirilməsinə birgə töhfə verməyə hazır olduqlarını bildiriblər.


Meliorasiya və su təsərrüfatı sahəsində gənc mütəxəssislərin hazırlanması prosesi müzakirə olunubMeliorasiya və su təsərrüfatı sahəsində gənc mütəxəssislərin hazırlanması prosesi müzakirə olunubMeliorasiya və su təsərrüfatı sahəsində gənc mütəxəssislərin hazırlanması prosesi müzakirə olunubMeliorasiya və su təsərrüfatı sahəsində gənc mütəxəssislərin hazırlanması prosesi müzakirə olunubMeliorasiya və su təsərrüfatı sahəsində gənc mütəxəssislərin hazırlanması prosesi müzakirə olunubMeliorasiya və su təsərrüfatı sahəsində gənc mütəxəssislərin hazırlanması prosesi müzakirə olunubMeliorasiya və su təsərrüfatı sahəsində gənc mütəxəssislərin hazırlanması prosesi müzakirə olunub