Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsinin İnformasiya texnologiyaları kafedrasının Tələbə Elmi Cəmiyyətinin (TEC) “Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafında rəqəmsal texnologiyaların rolu” mövzusunda elmi-praktiki konfransı keçirilib.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rektor Zəfər Qurbanov çıxış edərək tələbələrin layihələrini yüksək qiymətləndirib və onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, ADAU-da son illərdə nəzəri elmi biliklərin yüksək səviyyədə öyrənilməsi ilə yanaşı praktiki biliklərin inkişafına da böyük önəm verilir.
Çıxış edən fakültə dekanı, dosent Təvəkgül İslamov tədbirin əhəmiyyətindən danışıb. Sonra İnformasiya texnologiyaları kafedrasının müdiri Zakir Hüseynov çıxış edərək, tələbələrin mövzularının əhəmiyyəti barədə məlumat verib.
Tələbələrdən Nəriman Vəlizadə, Elcan Abbasov, Aysel Həsənova, Hüseyn Vəliyev “E-library” – Elektron kitabxana idarəetmə sistemi, Musa İbayev, Toğrul Sadıqov “EduPortal” – Elektron təhsil paylaşımı və onlayn kurs portalı, Nizami Məmmədov, Hüseyn Vəliyev “YouBase” – Tədbirlər, təlimlər paylaşılması və məkanların tapılması, Murad Quliyev, Nuranə Nadirova “UniCareer” – Universitetin tələbələri üçün karyera və iş elanı saytı, Yusif Cabbarlı, Cəmil Muradov “Safbazaar” – Elektron kənd təsərrüfatı məhsulları və restoran ticarət saytı layihələrini təqdim ediblər.
Sonda suallar cavablandırılıb və mövzular ətrafında müzakirələr aparılıb.
Çıxış edən tələbələr sertifikatla təltif olunublar.