Mühəndislik fakültəsinin professor-müəllim heyəti ilə görüş keçirilib

Bu gün, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) yeni təyin olunmuş Elmi işlər üzrə prorektoru Azad İbrahimov Mühəndislik korpusunda fakültənin professor-müəllim heyəti ilə görüşüb.

Görüşün məqsədi kafedralarda aparılan elmi-tədqiqat işlərinin vəziyyəti və bu sahədə qarşıda duran məsələlər barədə müzakirələr aparmaq olub.

İclasda Elm şöbəsinin müdiri Elçin Nəsirov və Mühəndislik fakültəsinin dekanı, professor Cəmaləddin Məmmədov çıxışlar edərək aparılan elmi-tədqiqat işlərinin vəziyyəti barədə məlumat veriblər.

Sonda Azad İbrahimov professor-müəllim heyətinin suallarını cavablandırıb.

Mühəndislik fakültəsinin professor-müəllim heyəti ilə görüş keçirilib