Mühəndislik istiqamətində yüksək ixtisaslı kadrların hazırlanması üçün Aqrar Universitetdə lazımi şərait var

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektor əvəzi Zəfər Qurbanov Mühəndislik fakültəsinin professor-müəllim heyəti ilə görüş keçirib.

Görüşün məqsədi gələcək perspektivlərin müzakirəsi və tədris ilinin gedişatı ilə bağlı məsələlərin müzakirəsi olub.

Çıxış edən Z.Qurbanov bildirib ki, müasir dövrdə yüksəkixtisaslı mühəndislərin hazırlanması üçün Azərbaycan Dövlət Aqrar Universitetində lazımi şərait yaradılıb. Praktiki dərslərin əhəmiyyətindən bəhs edən rektor tələbələrin avadanlıq və maşınlarla daha çox vaxt keçirməsinin onların gələcəyin peşəkar mühəndisləri kimi formalaşmasında böyük rol oynayacağını diqqətə çatdırıb.

Sonra suallar cavablandırılıb, fikir və təkliflər dinlənilib.


Mühəndislik istiqamətində yüksək ixtisaslı kadrların hazırlanması üçün Aqrar Universitetdə lazımi şərait varMühəndislik istiqamətində yüksək ixtisaslı kadrların hazırlanması üçün Aqrar Universitetdə lazımi şərait varMühəndislik istiqamətində yüksək ixtisaslı kadrların hazırlanması üçün Aqrar Universitetdə lazımi şərait var