Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsinin Meliorasiya və hidrotexniki qurğular kafedrasının təşkilatçılığı ilə İsparta Tətbiqi Elmlər Universiteti Kənd Təsərrüfatı fakültəsinin alimi Prof. Dr. Yusuf Uçar tərəfindən “Universitetin təqdimatı və kənd təsərrüfatı qurğuları və suvarma” mövzusunda seminar keçirilib.
Seminarda İsparta Tətbiqi Elmlər Universitetinin fəaliyyəti, kənd təsərrüfatı sahəsində müasir tədris istiqamətləri, həmçinin suyun idarə olunması, meliorasiya sistemləri və aqrar istehsalda dayanıqlı həllər mövzularına dair geniş məlumat təqdim edilib.
Yusuf Uçar kənd təsərrüfatında suvarma texnologiyalarının inkişaf tendensiyaları, aqrar infrastrukturların layihələndirilməsi və innovativ yanaşmalar barədə nümunələr əsasında çıxış edib. Seminar iştirakçıları aqrar mühəndislik sahəsində beynəlxalq təcrübə ilə bağlı suallarını ünvanlayıblar.