Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ADAU-da silsilə tədbirlər davam edir

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) elmi-praktik konfransı keçirilib.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad olunub.

Sonra fakültənin mütəxəssis və tələbələrinin düzəltdiyi qurğular konfrans iştirakçılarına nümayiş olunub.

Çıxış edən Universitetin rektor vəzifəsini icra edən Zəfər Qurbanov bu cür tədbirlərin keçirilməsinin gənc mütəxəssislərin yetişməsindəki rolundan danışaraq konfransın işinə uğurlar arzu edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar ADAU-da qəbul olunan Tədbirlər Planına əsasən ali təhsil müəssisəsində silsilə tədbirlər həyata keçirilir.

Konfransda Universitet rəhbərliyi ilə yanaşı fakültənin bir sıra professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Sonda konfransda iştirak edən tələbələr fəxri fərmanlarla mükafatlandırılıb.


Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ADAU-da silsilə tədbirlər davam edirÜmummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ADAU-da silsilə tədbirlər davam edirÜmummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ADAU-da silsilə tədbirlər davam edirÜmummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ADAU-da silsilə tədbirlər davam edirÜmummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ADAU-da silsilə tədbirlər davam edir