“Web of Science” bazasından istifadə qaydaları

Bildiyiniz kimi Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) dünyanın ən böyük elmi-tədqiqat platforması olan “Web of Science” bazasına çıxış əldə edib.

Qısa müddət ərzində Universitetin bütün əməkdaşları bu bazada qeydiyyatdan keçib və profillər yaradılıb.

“Web of Science” bazası 2016-cı ildən Clarivate Analitics şirkəti tərəfindən idarə olunur və bu platforma özündə təbiət, texniki, sosial və humanitar elmlər haqqında məlumatları əks etdirən elmi nəşrləri birləşdirir. “Web of Science”də indekslənən jurnallar dünyanın elm ictimaiyyətində yüksək status və təsir gücünə malikdir.

Aşağıdakı videoda ADAU əməkdaşlarının “Web of Science” bazasından istifadəsini asanlaşdırmaq üçün məlumatlar yer alır.