Rəqəmsal texnologiyalar və dəqiq elmlər kafedrası

Kafedra 1968-ci ildə “İqtisadi kibernetika” adı ilə təşkil edilmişdir. Fəaliyyəti dövründə kafedra bir neçə dəfə yenidən adlandırılaraq zamanın tələblərinə uyğunlaşdırılmışdır:
• 1982–1988 — “Hesablama texnikası və iqtisadi riyazi üsullar”
• 1989–1996 — “Kənd təsərrüfatında hesablama texnikası və iqtisadi riyazi üsullar”
• 1997–2000 — “Kənd təsərrüfatında informatika və iqtisadi riyazi üsullar”
• 2001–2005 — “İnformatika və iqtisadi riyazi modelləşdirmə”
• 2005–2009 — “İnformasiya sistemləri və iqtisadi riyazi modelləşdirmə”
• 2009–2015 — “İnformasiya texnologiyaları və sistemləri”
• 2015–2026 — “İnformasiya texnologiyaları”
• 17.07.2026— “Rəqəmsal texnologiyalar və dəqiq elmlər”

2026-cı ildən etibarən İnformasiya texnologiyaları və Fizika-Riyaziyyat kafedraları birləşdirilmiş və kafedra “Rəqəmsal texnologiyalar və dəqiq elmlər” adı ilə fəaliyyətini davam etdirir. Kafedranın bu zəngin tarixi onun daim inkişaf edən elmi-texniki mühitə və müasir təhsil tələblərinə uyğunlaşma qabiliyyətini əks etdirir.

Maddi-texniki baza
Kafedra müasir tədris prosesinin təşkili üçün zəngin infrastruktura malikdir. Hazırda kafedranın sərəncamında 15 laboratoriya və 4 mühazirə otağı fəaliyyət göstərir. Bu bazadan həm nəzəri, həm də praktiki məşğələlərin keçirilməsində, tələbələrin proqramlaşdırma, kompüter şəbəkələri və rəqəmsal texnologiyalar üzrə bacarıqlarının formalaşdırılmasında geniş istifadə olunur.

Kadr hazırlığı istiqamətləri
Bakalavriat səviyyəsi
• İnformasiya texnologiyaları
• Kompüter mühəndisliyi


Magistratura səviyyəsi
• İxtisas: İnformasiya texnologiyaları
İxtisaslaşma: İdarəetmədə informasiya sistemləri


Kadr potensialı
Dəqiq elmlər və rəqəmsal texnologiyalar kafedrasında hazırda 43 müəllim elmi-pedaqoji fəaliyyət göstərir. Kafedranın kadr tərkibi yüksək ixtisaslı və təcrübəli mütəxəssislərdən ibarətdir:
• 15 nəfər — dosent
• 14 nəfər — baş müəllim
• 14 nəfər — assistent


Kafedraya dosent Zakir Hüseynov rəhbərlik edir.

Elmi-metodiki fəaliyyət (son 5 il)
Son beş il ərzində kafedranın əməkdaşları tərəfindən intensiv elmi-metodiki iş aparılmış və bunun nəticəsi olaraq aşağıdakı nəşrlər çap edilmişdir:
• 75 proqram
• 8 dərs vəsaiti
• 10 dərslik oniardan 6 dərslik ingilis dilində xarici olkədə nəşr olunub.
• 6 metodiki göstəriş
• 24 elmi məqalə

Bu göstəricilər kafedranın tədris prosesinin elmi əsaslarla dəstəklənməsinə və akademik heyətin davamlı özünütəkmilləşdirməsinə verdiyi önəmi bir daha nümayiş etdirir.

Tələbə Elmi Cəmiyyətinin konfransı
Kafedra nəzdində fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyəti tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunmasında mühüm rol oynayır. Cəmiyyət tərəfindən mütəmadi olaraq elmi konfranslar təşkil edilir, tələbələr burada öz tədqiqat işlərini və layihələrini geniş auditoriya qarşısında təqdim etmək imkanı əldə edirlər. Bu tədbirlər gənc tədqiqatçıların elmi düşüncə tərzinin formalaşmasına, komanda ilə işləmək və ictimai çıxış bacarıqlarının inkişafına töhfə verir.

Rəqəmsal texnologiyalar və dəqiq elmlər kafedrasıRəqəmsal texnologiyalar və dəqiq elmlər kafedrasıRəqəmsal texnologiyalar və dəqiq elmlər kafedrasıRəqəmsal texnologiyalar və dəqiq elmlər kafedrasıRəqəmsal texnologiyalar və dəqiq elmlər kafedrasıRəqəmsal texnologiyalar və dəqiq elmlər kafedrasıRəqəmsal texnologiyalar və dəqiq elmlər kafedrasıRəqəmsal texnologiyalar və dəqiq elmlər kafedrasıRəqəmsal texnologiyalar və dəqiq elmlər kafedrası


Dərslik və dərs vəsaitlərinin təqdimatı
Kafedra əməkdaşları tərəfindən hazırlanan dərslik və dərs vəsaitlərinin təqdimat mərasimləri mütəmadi olaraq keçirilir. Bu tədbirlər çərçivəsində müəlliflər öz əsərləri barədə məlumat verir, nəşrlərin tədris prosesinə tətbiqi imkanları müzakirə olunur. Belə tədbirlər kafedranın elmi-metodiki potensialının nümayişi baxımından xüsusi əhəmiyyət daşıyır.

Rəqəmsal texnologiyalar və dəqiq elmlər kafedrasıRəqəmsal texnologiyalar və dəqiq elmlər kafedrasıRəqəmsal texnologiyalar və dəqiq elmlər kafedrası

Kafedranın nəşr olunmuş dərslik və dərs vəsaitləri

KAFEDRA MÜDİRİ


Zakir Hüseynov
HAQQINDA MƏLUMAT (CV)


KAFEDRANIN HEYƏTİ


Zəfər Qurbanov
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Teyyub Hacıyev
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Süleyman Məmmədov
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Məhsəti Orucova
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Vüqar Ağayev
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Mahmud Məmmədov
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Mahil Məmmədov
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Afiq Məsimov
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Zaman Zeynalov
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Nəcibə Baratzadə
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Sevil Haqverdiyeva
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Bahariyyə Məmmədova
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Anar Quliyev
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Yeganə Tağıyeva
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Ülviyyə Səfərova
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Aytən Əliyeva
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Elnarə Kazımova
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Elnarə Orucova
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Toğrul İsmayılov
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Aynur İmaşova
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Etibar Verdiyev
Assistent
HAQQINDA MƏLUMAT (CV)