Kafedranın ilk müdiri R.K.Zamanov olmuşdur. O, həm də 1930-cu ildə Azərbaycan Pambıqçılıq İnstitutunda kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsinin dekanı olmuşdur. 1931-ci ildə Hidromeliorasiya institutunun Tbilisidən Gəncəyə köçürülməsi ilə əlaqədar olaraq kafedranın adı dəyişdirilərək Kənd təsərrüfatı və meliorativ maşınlar adlandırılmışdır və rəhbərlik S.F.Məmmədova həvalə edilmişdir.
Həmin dövrdə kafedranın pedaqoji kadrlara olan tələbatını təmin etmək üçün tələbələr SSRİ-nin qabaqcıl ali məktəblərinə oxumağa göndərilirdi. Onlardan biri də, sonralar uzun müddət kafedraya rəhbərlik etmiş prof. M.R.Məmmədəliyev olmuşdur. 1952-ci ildə yenicə elmlər namizədi alimlik dərəcəsi almış M.R.Məmmədəliyevə kafedraya rəhbərlik həvalə edilmişdir. 1953-cü ildə Hidromeliorasiya fakültəsinin Azərbaycan Politexnik institutuna köçürülməsi ilə əlaqədar olaraq kafedranın adı yenidən dəyişdirilmiş və Kənd təsərrüfatı maşınları adlandırılmışdır. Kafedranın müdiri M.R.Məmmədəliyevin 1964-cü ildə Vyetnam Sosialist Respublikasına elmi ezamiyyətə göndərilməsi ilə əlaqədar kafedraya rəhbərlik dos. M.H.Həsənova həvalə edilmişdir. 1966-cı ildə kafedra iki yerə ayrılaraq Yığım maşınları və heyvandarlığın mexanikləşdirilməsi və Torpaqbecərən maşınlar kafedraları adlandırılmışlar.
1972-ci ildə Kənd təsərrüfatı maşınları kafedrasından heyvandarlığın mexanikləşdirilməsinə aid dərs yüklərinin əsasında Heyvandarlığın mexanikləşdirilməsi kafedrası yaradılmış və dos.H.M.Heydərov kafedraya 1977-ci ildən 2003-cü ilə qədər dos. X.H.Qurbanov kafedraya müdir seçilərək 2003-cü ilə qədər kafedraya rəhbərlik etmişdir.



Kafedranın əməkdaşları tədris prosesində fəal iştirak etməklə bərabər, həm də elmi-tədqiqat işində fəal iştirak etmişlər. Aparılmış tədqiqatların nəticəsi olaraq M.R.Məmmədəliyev 1968-ci ildə, X.H.Qurbanov 1982-ci ildə, N.N.Məmmədov və Q.B.Məmmədov 2003-cü ildə doktorluq dissertasiyaları müdafiə etmişlər. Kafedrada çiyidin lifsizləşdirilməsi ilə əlaqədar aparılan elmi tədqiqat işi 1980-ci ildə Moskvada Ümumittifaq Xalq Təsərrüfatı Naliyyətləri sərgisinin gümüş medalına layiq görülmüşdür.
Kafedra əməkdaşları 80-ə yaxın ixtira almışlar.
Hazırda kafedraya dosent Aydın Yunis oğlu İsayev rəhbərlik edir.
Kafedrada 20 nəfər professor - müəllim heyəti, o cümlədən – 3 nəfər elmlər doktoru, professor, 10 nəfər fəlsəfə doktoru, dosent (onlardan 2 nəfəri ADAU-nun professorudur), 7 nəfər assistent çalışır.
KAFEDRA MÜDİRİ
İsayev Aydın Yunis oğlu
HAQQINDA MƏLUMAT (CV)
HAQQINDA MƏLUMAT (CV)
KAFEDRANIN HEYƏTİ