MELİORASİYA VƏ HİDROTEXNİKİ QURĞULAR KAFEDRASI

Meliorasiya və hidrotexniki qurğular kafedrasına 18 noyabr 2025-ci il tarixdən Allahverdiyeva Könül Eldar qızı rəhbərlik edir.

MELİORASİYA VƏ HİDROTEXNİKİ QURĞULAR KAFEDRASI

Kafedranın tarixi və inkişaf mərhələləri. Azərbaycan Dövlət Aqrar Universitetinin zəngin ənənələrə malik strukturlarından biri olan “Meliorasiya və hidrotexniki qurğular” kafedrası fəaliyyət dövrü ərzində müxtəlif inkişaf və yenidənqurma mərhələlərindən keçmişdir. Kafedranın xronoloji inkişaf tarixi aşağıdakı mərhələləri əhatə edir:

MELİORASİYA VƏ HİDROTEXNİKİ QURĞULAR KAFEDRASIMELİORASİYA VƏ HİDROTEXNİKİ QURĞULAR KAFEDRASIMELİORASİYA VƏ HİDROTEXNİKİ QURĞULAR KAFEDRASI

1988–1998-ci illərdə kafedra "Əkinçilik və meliorativ suvarma əkinçiliyi" adı altında fəaliyyət göstərmiş və 1998-ci ildə aparılan struktur dəyişiklikləri nəticəsində kafedra "Meliorasiya, hidravlika və su təchizatı" kafedrası adlandırılmışdır. Həmin ildən 2009-cu ilə qədər kafedraya dosent Mirnaib Mirsalahov rəhbərlik etmişdir. 2009-cu ildə “Ekologiya və meşəçilik” kafedrasının tərkibinə daxil edilərək “Ekologiya mühəndisliyi və meşəçilik” kimi fəaliyyətini davam etdirən kafedra 2014-cü ildə strukturun optimallaşdırılması məqsədilə “Yerquruluşu” kafedrası ilə birləşdirilmiş və “Yerquruluşu və meliorasiya” adını almışdır.

MELİORASİYA VƏ HİDROTEXNİKİ QURĞULAR KAFEDRASIMELİORASİYA VƏ HİDROTEXNİKİ QURĞULAR KAFEDRASIMELİORASİYA VƏ HİDROTEXNİKİ QURĞULAR KAFEDRASI

2011-ci ildən etibarən "Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi" ixtisasına yenidən qəbulun aparılması (əvvəllər digər kafedranın nəzdində fəaliyyət göstərmişdir) və sahəyə artan tələbatın artması nəticəsində 2015-ci ildə müstəqil “Meliorasiya və hidrotexniki qurğular” kafedrası təsis edilmişdir.

MELİORASİYA VƏ HİDROTEXNİKİ QURĞULAR KAFEDRASIMELİORASİYA VƏ HİDROTEXNİKİ QURĞULAR KAFEDRASIMELİORASİYA VƏ HİDROTEXNİKİ QURĞULAR KAFEDRASI

2015-ci ildən 2025-ci ilin noyabr ayınadək kafedraya dosent M.Mirsalahov rəhbərlik etmişdir.

18 noyabr 2025-ci il tarixdən isə kafedra müdiri vəzifəsinə dosent (e.a.o) Könül Allahverdiyeva seçilmişdir.

MELİORASİYA VƏ HİDROTEXNİKİ QURĞULAR KAFEDRASI

Kafedrada tədrisin keyfiyyətinin yüksəldilməsi və elmi fəaliyyətin səmərəli təşkili məqsədilə yüksəkixtisaslı mütəxəssislər cəlb edilmişdir. Hazırda kafedrada 2 nəfər dosent, 3 nəfər dosent (e.a.o), 3 nəfər baş müəllim və 2 nəfər müəllim olmaqla 10 nəfərdən ibarət professor-müəllim heyəti və 2 kompüter operatoru (tədris-yardımçı heyət) fəaliyyət göstərir.

MELİORASİYA VƏ HİDROTEXNİKİ QURĞULAR KAFEDRASIMELİORASİYA VƏ HİDROTEXNİKİ QURĞULAR KAFEDRASIMELİORASİYA VƏ HİDROTEXNİKİ QURĞULAR KAFEDRASI

Kafedrada gənc kadrların elmi potensialının artırılmasına və beynəlxalq təcrübənin mənimsənilməsinə xüsusi diqqət yetirilir:
Kafedranın baş müəllimlərindən bir nəfər doktorantura təhsilini müvəffəqiyyətlə başa vuraraq dissertasiya işinin ilkin müdafiə mərhələsindən keçmiş və dissertasiya işinini ixtisaslaşmış müdafiə Şurasına təqdim etmişdir. Kafedranın müəllim vəzifəsində çalışan 2 nəfər gənc əməkdaşlarından bir nəfəri ADAU-nun nəzdində “Meliorasiya, rekultivasiya və torpaq mühafizəsi”, bir nəfəri isə Türkiyə Respublikasının İstanbul Universitetində “Su bilimləri” istiqaməti üzrə doktorantura təhsilini davam etdirir.

MELİORASİYA VƏ HİDROTEXNİKİ QURĞULAR KAFEDRASIMELİORASİYA VƏ HİDROTEXNİKİ QURĞULAR KAFEDRASIMELİORASİYA VƏ HİDROTEXNİKİ QURĞULAR KAFEDRASI

Kafedrada aqrar sahənin və su təsərrüfatının müasir tələblərinə cavab verən yüksəkixtisaslı kadrların hazırlanması həyata keçirilir. Tədris proqramları mütəmadi olaraq yenilənir:
2015-ci ildən “Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi” ixtisası üzrə təhsilin bakalavr səviyyəsi ilə ilə yanaşı, “Meliorasiya-mühəndis sistemlərinin tikintisi və istismarı” ixtisaslaşması üzrə magistr səviyyəsi üzrə kadr hazırlığı həyata keçirilir.

2022-ci ildən başlayaraq kafedrada müasir standartlara uyğun olaraq “Meliorasiya mühəndisliyi” ixtisası üzrə və 2025-ci ildən sahəvi kadr hazırlığını daha da təkmilləşdirmək məqsədilə “Suvarma sistemləri” və “Meliorasiya sistemləri” ixtisaslaşmaları üzrə kadr hazırlığına başlanılmışdır.

MELİORASİYA VƏ HİDROTEXNİKİ QURĞULAR KAFEDRASIMELİORASİYA VƏ HİDROTEXNİKİ QURĞULAR KAFEDRASIMELİORASİYA VƏ HİDROTEXNİKİ QURĞULAR KAFEDRASI

Kafedra nəzdində “Hidrotexniki qurğular” və “Hidravlika və hidravlik maşınlar” fənlərinin tədris etmək üçün ixtisaslaşmış tədris laboratoriyaları ilə yanaşı, Heydər Əliyev Fondu və İsrayıl dövlətinin Azərbaycandakı səfirliyinin birgə təşəbbüsü ilə Netafim şirkəti tərəfindən yaradılmış “Müasir suvarma sistemləri: Nümayiş bölməsi” fəaliyyət göstərir.

Kafedra profilinə uyğun meliorasiya sahəsində problemlərin həllinə yönəlmiş genişmiqyaslı tədqiqat işi icra etməkdədir. Hazırda, Goranboy rayonu ərazisində formalaşan məişət-çirkab sularının effektiv təmizlənmə texnologiyalarını tətbiq etməklə kənd təsərrüfatında alternativ su mənbəyi kimi istifadəsini əsaslandırmaq və torpaq-su ehtiyatlarının ekoloji deqradasiyasının qarşısını almaq məqsədilə “Goranboy rayonunda çirkab sularının təmizlənməsi, təkrar suvarmada istifadə olunması və ətraf mühitə neqativ təsirlərin qarşısının alınması yollarının tədqiqi” mövzusunda elmi-tədqiqat işi yerinə yetirilir.

MELİORASİYA VƏ HİDROTEXNİKİ QURĞULAR KAFEDRASIMELİORASİYA VƏ HİDROTEXNİKİ QURĞULAR KAFEDRASIMELİORASİYA VƏ HİDROTEXNİKİ QURĞULAR KAFEDRASI

Geniş xarici və yerli elmi-tədris əlaqələrinə malik olan kafedra Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) ilə müştərək layihələr həyata keçirir. Bu əməkdaşlıq çərçivəsində ölkəmizdə qədim və ekoloji təmiz su mənbəyi olan kəhriz sistemlərinin bərpası və inkişafı məqsədilə ADAU-da “Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi” yaradılmış və xüsusi “Kəhriz mühəndisliyi” kursu təsis edilmişdir.

Kafedrada aşağıdakı əsas fənlər tədris olunur:



- Hidrotexniki meliorasiya
- Hidrotexniki qurğular
- Meliorasiya işlərinin təşkili texnologiyası və idarə edilməsi
- Hidrologiya
- Hidrometriya və axıın nizamlanması
- Hidravlika və hidravlik maşınlar
- Kənd təsərrüfatının su təchizatı
- Mühəndis meliorasiyası
- Landşaft meliorasiyası
- Kəhriz sistemləri
- Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi
- Meliorasiya mühəndis sistemlərinin istismarı və s.



KAFEDRA MÜDİRİ


Könül Allahverdiyeva
HAQQINDA MƏLUMAT (CV)

KAFEDRANIN HEYƏTİ


Mirnaib Mirsalahov
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Namiq Davudov
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Misirxan Həsənov
Dosent (e.a.o)
HAQQINDA MƏLUMAT (CV)



Vüqar Babayev
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Ramil Mustafayev
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Mahir Bayramov
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Ayxan Abbasov
Müəllim
HAQQINDA MƏLUMAT (CV)



Fuad Vaqifli
Müəllim
HAQQINDA MƏLUMAT (CV)



Bayram Aslanov
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)