ADAU-da "Yaşıl Elm günləri” layihəsinə start verilib

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini nəzərə alaraq ilin sonuna qədər Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) fəaliyyət göstərən kafedralarda Yaşıl Elm Günləri keçiriləcək. Yaşıl Elm Günləri çərçivəsində təşkil olunacaq elmi-nəzəri və elmi-praktik seminarların mövzuları ətraf mühit problemlərinə, iqlim dəyişikliklərinə, alternativ enerji mənbələrinə, yaşıl iqtisadiyyata, iqlimə dost texnika və texnologiyalara və ekoloji təmiz qidalar kimi mövzulara həsr olunacaqdır. Bu kontekstdə ilk tədbir 7 may 2024-cü il tarixində saat 10:00-da ADAU-nun Mühəndislik fakültəsinin Elektrik mühəndisliyi kafedrası tərəfindən “Azərbaycanda yaşıl enerji və onun tətbiqinin perspektivləri” mövzusunda təşkil olunacaqdır.

ADAU-da "Yaşıl Elm günləri” layihəsinə start verilib