YERÜSTÜ NƏQLİYYAT VASİTƏLƏRİ VƏ TEXNİKİ SERVİS KAFEDRASI

YERÜSTÜ NƏQLİYYAT VASİTƏLƏRİ VƏ TEXNİKİ SERVİS KAFEDRASIYerüstü nəqliyyat vasitələri və texniki servis kafedrası 2015-ci ildə “Traktorlar, avtomobillər və yol hərəkətinin təşkili” və “Meliorasiya tikintisi və texniki servis“ kafedralarının bazasında yaradıldığından onun tarixi daha zəngin faktlara söykənir. “Traktorlar və avtomobillər” kafedrası Mühəndislik fakültəsinin ən qocaman ixtisas kafedrası olaraq 1934-cü ildə yaradılmış, kafedraya mühəndis–mexanik P. Zamanov təyin etmiş, 1934-1942-ci illərdə kafedraya texnika elmləri namizədi M.T. Məmmədov

rəhbərlik etmiş, onun rəhbərliyi dövründə kafedra milli pedaqoji kadrlar hesabına komplektləşdirilmişdir.

1943-1960 -cı illərdə kafedraya texnika elmləri namizədi Nadir Əhmədov rəhbərlik etmişdir.

Kafedraya uzun müddət (1961-1989-cu illər) Böyük Vətən müharibəsi əlili professor Xosrov Quliyev rəhbərlik etmişdir. Müharibədəki igidliklərinə görə orden və medallara layiq görülmüş X.Quluyev kafedraya rəhbərlik zamanı elmin inkişaf etdirilməsində və ixtisaslı kadrların hazırlanmasında xidmətlərinə və fəaliyyətinə görə dəfələrlə fəxri fərmanlarla təltif olunmuşdur.

Kafedraya 1991-1996 –cı, 2001-2006-cı illərdə dosent Fuad Namazov, 1996-2001-ci illərdə dosent Firuz Bəşirov rəhbərlik etmişlər.

2003-cü ildə yeni ixtisas yönümündə formalaşan kafedra “Traktorlar, avtomobillər və yol hərəkətinin təşkili” kafedrası adlandırılmışdır.

Kafedra 2007-ci ildə “Maşınların təmiri” kafedrası ilə birləşdirilmiş, “Maşınların təmiri, traktorlar, avtomobillər və yol hərəkətinin təşkili”, 2012- ci ildə “Kənd təsərrüfatı maşınları” kafedrası ilə birləşdiriərək “Kənd təsərrüfatı texnikası və yerüstü nəqliyyat vasitələri” kafedrası adlandırılmışdır.

Əsası 1950-ci ildə qoyulmuş, “Maşın-traktor parkının istismarı” kafedrası 1998-ci ildə “Aqrar istehsalatın texniki təminatı” adlandırılmış, 2003-cü ildə islahatlarla əlaqədar “Əmək mühafizəsi və Mülki müdafiə” kafedrası bu kafedra ilə birləşdirilmiş, 2007-ci ildə kafedra adı dəyişdirilərək “Maşınların istismarı, texniki servis və həyat fəaliyyətinin təhlükəsizliyi” adlandırılmışdır.

İslahatlarla əlaqədar olaraq 2009-cu ilin iyul ayında “Əmək Mühafizəsi və mülki müdafiə” kafedrası yaradılmış, “Yerüstü nəqliyyat vasitələri mühəndisliyi” ixtisası fənləri bu kafedraya verilmiş və ”Maşınların istismarı və yerüstü nəqliyyat vasitələri” kafedrası adlandırılmışdır.

2015-ci ildə “Meliorasiya tikintisi və texniki servis” kafedrası “Yerüstü nəqliyyat vasitələri və texniki servis” adlandırılmışdır.

Kafedrada son beş ildə 12 dərslik , 9 dərs vəsaiti hazırlanaraq nəşr olunmuşdur. Kafedrada tədris olunan bütün fənlər üzrə fənn proqramları yenidən işlənmişdir.

Hazırda Kafedraya dosent Vaqif Adil oğlu Mirzaliyev rəhbərlik edir.

Kafedrada 10 nəfər professor - müəllim heyəti, o cümlədən – 1 nəfər elmlər doktoru, professor, 6 nəfər fəlsəfə doktoru, dosent , 1 nəfər baş müəllim. 2 nəfər assistent çalışır.

YERÜSTÜ NƏQLİYYAT VASİTƏLƏRİ VƏ TEXNİKİ SERVİS KAFEDRASI




KAFEDRA MÜDİRİ


Mirzəliyev Vaqif Adil oğlu
HAQQINDA MƏLUMAT (CV)

KAFEDRANIN HEYƏTİ


Əliyev Qurban İsa oğlu
Professor
HAQQINDA MƏLUMAT (CV)



Həsənov Ayaz Fərrux oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Hüseynov Saləddin Qəmbər oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Əsgərov Eldar İmran oğlu
Dosent əvəzi, texn.üzrə fəl.dok.
HAQQINDA MƏLUMAT (CV)



Zingirov Əli Söyün oğlu
Dosent əvəzi, texn.üzrə fəl.dok.
HAQQINDA MƏLUMAT (CV)



Vəliyev Taleh Etibar oğlu
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Babayev Zöhrab Valeh oğlu
HAQQINDA MƏLUMAT (CV) [/url_file]