MADDİ-TEXNİKİ BAZA

Mühəndislik korpusunun alt mərtəbəsi

Mühəndislik korpusunun alt mərtəbəsi 2019-cu ildə əsaslı təmir olunmuşdur. Burada ADAU TV, Avropa İttifaqının maliyyələşdirdiyi Erasmus+ proqramı çərçivəsində Nizami layihəsi üzrə doktorant mərkəzi, “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi” layihəsi çərçivəsində yaradılmış təlim-məsləhət mərkəzi, elektrik avadanlığının təminatı laboratoriyası, elektrik intiqalı və elektrik avadanlığı laboratoriyası, elektron energetika laboratoriyası, redaksiya-nəşriyyat şöbəsi fəaliyyət göstərir.

MADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZA

MAŞIN-TRAKTOR PARKI

Maşın-traktor parkı ən müasir kənd təsərrüfatı texnikaları ilə təchiz olunmuşdur. Burada Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə alınmış New Holland, Sampo, MTZ, Landini, Cansa və digər kənd təsərrüfatı texnikaları, Hyundai, Peugeot, Mercedes markalı avtobus və mikroavtobuslar mövcuddur. Mühəndislik sahəsində kadr hazırlığının təkmilləşdirilməsi, tələbələrin praktik bilik və bacarıqlarının artırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən xeyli miqdarda kənd təsərrüfatı texnikası universitetə əvvəzsiz olaraq verilmişdir.

MADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZA

NEW HOLLAND AGRICULTURE Təlim Mərkəzi

“Grand Motors” MMC tərəfindən yaradılmışdır. Mərkəzin məqsədi şirkət tərəfindən Azərbaycana idxal olunan kənd təsərrüfatı texnikalarının idarə edilməsi sahəsində mütəxəssis hazırlığına dəstək verməkdir. Əməkdaşlıq çərçivəsində bir qrup tələbə Belçika və Türkiyədə təcrübə keçmişdir.

MADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZA
MADDİ-TEXNİKİ BAZA

JOHN DEERE Təlim Mərkəzi

"Aztexnika LTD” MMC tərəfindən yaradılmışdır. Mərkəzin məqsədi şirkət tərəfindən Azərbaycana idxal olunan John Deere texnikalarının idarə edilməsi sahəsində mütəxəssis hazırlığına dəstək verməkdir. Şirkət tərəfindən Mərkəzdə pambıq yığan kombaynlarının operatorları üçün təlimlər təşkil olunur

MADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZA
Sürücülük Kursları

Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq şəratində Mühəndislik fakültəsinin nəzdində traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük kursları təşkil olunur. Tələbələr kursu başa vurduqdan sonra “T”, “TK”, “TT”, “H” kateqoriyaları üzrə onlayn sürücülük testindən keçir və sürücülük vəsiqələri ilə təmin olunurlar.

MADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZA
Yüksək texnologiyalı suvarma sistemi mərkəzi

Mərkəz Heydər Əliyev Fondu və İsrailin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə yaradılmışdır. İsrailin Netafem şirkətinin son texnologiyaları əsasında qurulmuş mərkəz 24 dekabr 2019-cu il tarixində açılmışdır.

MADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZA
Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi

Mərkəz Beynəlxalq Miqrasiya Təşkilatı və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində yaradılmışdır.

MADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZAMADDİ-TEXNİKİ BAZA
MADDİ-TEXNİKİ BAZA
MADDİ-TEXNİKİ BAZA
MADDİ-TEXNİKİ BAZA
MADDİ-TEXNİKİ BAZA
MADDİ-TEXNİKİ BAZA