Tələbə Elmi Cəmiyyətinin növbəti dərnəyi keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsində Elektrik mühəndisliyi kafedrasının Tələbə Elmi Cəmiyyətinin (TEC) dərnəyi keçirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən Universitetin rektoru Zəfər Qurbanov tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Rektor deyib ki, bu gün Aqrar Universitetin kafedralarında gənclərin tədqiqat bacarıqlarının inkişafı istiqamətində atılan addımlar təqdirə layiqdir.

Sonra çıxış edənlər görüşün məqsəd və vəzifələrindən bəhs ediblər.

Daha sonra tələbələr “Rəng izləyici robot”, “Məsafədən idarə olunan suvarma sistemləri”, “Avtomatik küçə işıqlanması”, “Ağıllı ferma işıqlandırması” və digər mövzularda hazırladıqları prototipləri təqdim ediblər. Təqdim olunan elmi-tədqiqat işləri tədbir iştirakçıları tərəfdən yüksək qiymətləndirilib.


Tələbə Elmi Cəmiyyətinin növbəti dərnəyi keçirilibTələbə Elmi Cəmiyyətinin növbəti dərnəyi keçirilibTələbə Elmi Cəmiyyətinin növbəti dərnəyi keçirilibTələbə Elmi Cəmiyyətinin növbəti dərnəyi keçirilibTələbə Elmi Cəmiyyətinin növbəti dərnəyi keçirilibTələbə Elmi Cəmiyyətinin növbəti dərnəyi keçirilibTələbə Elmi Cəmiyyətinin növbəti dərnəyi keçirilibTələbə Elmi Cəmiyyətinin növbəti dərnəyi keçirilibTələbə Elmi Cəmiyyətinin növbəti dərnəyi keçirilibTələbə Elmi Cəmiyyətinin növbəti dərnəyi keçirilibTələbə Elmi Cəmiyyətinin növbəti dərnəyi keçirilibTələbə Elmi Cəmiyyətinin növbəti dərnəyi keçirilib