Göygöl Peşə Məktəbinin tələbələri ADAU-da

Göygöl Peşə Məktəbinin bir qrup tələbəsi Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ekskursiyada olub.

Məktəbin "aqroservis mütəxəssisi” ixtisasının tələbələri ali təhsil müəssisəsinin maddi-texniki bazası ilə yaxından tanış olublar.

Maşın-traktor parkında olan tələbələrə məlumat verilib ki, Park ən müasir kənd təsərrüfatı texnikaları ilə təchiz olunub. Burada Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə alınmış New Holland, Sampo, MTZ, Landini, Cansa və digər kənd təsərrüfatı texnikaları, Hyundai, Peugeot, Mercedes markalı avtobus və mikroavtobuslar mövcuddur.

Daha sonra tələbələr Mühəndislik fakültəsinin tədris binasına baş çəkib, burada mühəndislik sahəsində kadr hazırlığının təkmilləşdirilməsi, tələbələrin praktik bilik və bacarıqlarının artırılması məqsədilə yaradılan şəraitlə tanış olublar.


Göygöl Peşə Məktəbinin tələbələri ADAU-daGöygöl Peşə Məktəbinin tələbələri ADAU-daGöygöl Peşə Məktəbinin tələbələri ADAU-daGöygöl Peşə Məktəbinin tələbələri ADAU-da