ADAU-da şəhid məzunların xatirəsi əbədiləşdirilir

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) şəhid məzunların əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yeni layihəyə start verilib.

Layihə çərçivəsində ilk olaraq universitetin Mühəndislik fakültəsinin məzunu, şəhid Rəvan Daşdəmirovun xatirəsinə həsr olunan sənədli film hazırlanıb.

Filmin təqdim etmə mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra şəhid Rəvan Daşdəmirovun əziz xatirəsinə həsr edilən, şərəfli həyat və döyüş yolundan bəhs olunan film iştirakçılara nümayiş olunub.

Tədbirdə çıxış edən Universitetin rektoru Zəfər Qurbanov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə veteranlarına göstərdiyi diqqət və qayğının tərənnümü olaraq Aqrar Universitetdə də torpaqlarımızın ərazi bütövlüyü uğrundan canlarından keçən qəhrəman şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə bir neçə layihəyə start verildiyini, belə layihələrdən birinin də şəhid məzunların şərəfli həyat və döyüş yolu haqqında filmlərin onların məzun olduğu ali təhsil müəssisəsi tərəfindən hazırlanması olduğunu deyib. Rektor bildirib ki, layihə davamlı olacaq və bütün şəhid məzunların xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər davam etdiriləcək.

Şəhid atası Məzahir Daşdəmirov göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. O deyib ki, Azərbaycan Ordusunun əsgəri olan Rəvan 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib. Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Rəvan Daşdəmirov 27 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Sonra şəhidin müəllimi, şəhid valideynləri və universitet əməkdaşları çıxışlar edərək Rəvan Daşdəmirov haqqında fikirlərini səsləndiriblər.

Qeyd edək ki, Rəvan Daşdəmirov cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" medalı, "Döyüşdə fərqlənməyə görə" medalı və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.


ADAU-da şəhid məzunların xatirəsi əbədiləşdirilirADAU-da şəhid məzunların xatirəsi əbədiləşdirilirADAU-da şəhid məzunların xatirəsi əbədiləşdirilirADAU-da şəhid məzunların xatirəsi əbədiləşdirilirADAU-da şəhid məzunların xatirəsi əbədiləşdirilirADAU-da şəhid məzunların xatirəsi əbədiləşdirilirADAU-da şəhid məzunların xatirəsi əbədiləşdirilirADAU-da şəhid məzunların xatirəsi əbədiləşdirilirADAU-da şəhid məzunların xatirəsi əbədiləşdirilirADAU-da şəhid məzunların xatirəsi əbədiləşdirilirADAU-da şəhid məzunların xatirəsi əbədiləşdirilirADAU-da şəhid məzunların xatirəsi əbədiləşdirilir