ADAU-da Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümünə həsr olunan anım tədbirləri keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) fakültələrində görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümünə həsr olunan silsilə anım tədbirləri keçirilib.

İlk tədbir universitetin Mühəndislik fakültəsində baş tutub. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra çıxış edən Tədris işləri üzrə prorektor Əhməd Məlikov Azərbaycanın çoxəsrlik tarixində silinməz iz qoymuş Ümummilli Liderin ölkəmizin inkişafı üçün həyata keçirdiyi düşünülmüş və uzaqgörən siyasi xəttin önəmindən danışıb.

Mühəndislik fakültəsinin dekanı Təvəkkül İslamov, Dillər kafedrasının müdiri Aidə Həsənova və digər çıxış edənlər də Azərbaycan dövlətinin həyatında həlledici rolu olan dahi şəxsiyyət Heydər Əliyevin xalqa xidmətlərindən bəhs ediblər.

Daha sonra Aqrobiznes və idarəetmə fakültəsində Aqrar iqtisadiyyat fakültəsi və İctimai fənlər kafedrasının professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə anım tədbiri təşkil olunub.

Tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib sonra Ulu Öndərin və şəhidlərin xatirələri bir dəqiqəlik sükutla anılıb.

Çıxış edən İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov bildirib ki, Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Dahi şəxsiyyət və görkəmli dövlət xadimi Azərbaycana həm sovet dövründə, həm də dövlət müstəqilliyin bərpa olunduğu illərdə rəhbərlik edib. Bu mərhələlərin hər biri ölkəmizin müqəddəratının tənəzzüldən tərəqqiyə doğru dəyişdiyi dövr olub. Ümummilli Liderin ikinci dəfə, ölkəmiz üçün həlledici bir məqamda hakimiyyətə qayıdışı Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və dövlətimizin müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yaradıb.

Sonra İctimai fənlər kafedrasının əməkdaşları Sevda Abdullayeva və Çinarə Səfərova çıxış edərək, dahi liderin Azərbaycan xalqı və dövləti üçün çoxşaxəli fəaliyyətindən, həyata keçirdiyi layihələrdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki misilsiz xidmətlərindən söhbət açıblar.

Tələbələrdən Nihad Mürvətov, Ləman Rəfiyeva, Gülşən Ələkbərova və Günay Abbasova Ulu Öndər Heydər Əliyev haqqında şeirlər səsləndirib, çıxışlar ediblər.

Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx izlənilib.


ADAU-da Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümünə həsr olunan anım tədbirləri keçirilibADAU-da Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümünə həsr olunan anım tədbirləri keçirilibADAU-da Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümünə həsr olunan anım tədbirləri keçirilibADAU-da Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümünə həsr olunan anım tədbirləri keçirilibADAU-da Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümünə həsr olunan anım tədbirləri keçirilibADAU-da Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümünə həsr olunan anım tədbirləri keçirilibADAU-da Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümünə həsr olunan anım tədbirləri keçirilibADAU-da Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümünə həsr olunan anım tədbirləri keçirilibADAU-da Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümünə həsr olunan anım tədbirləri keçirilibADAU-da Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümünə həsr olunan anım tədbirləri keçirilibADAU-da Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümünə həsr olunan anım tədbirləri keçirilibADAU-da Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümünə həsr olunan anım tədbirləri keçirilibADAU-da Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümünə həsr olunan anım tədbirləri keçirilibADAU-da Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümünə həsr olunan anım tədbirləri keçirilibADAU-da Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümünə həsr olunan anım tədbirləri keçirilibADAU-da Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümünə həsr olunan anım tədbirləri keçirilibADAU-da Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümünə həsr olunan anım tədbirləri keçirilibADAU-da Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümünə həsr olunan anım tədbirləri keçirilib