Mühəndislik fakültəsinin tələbələri innovasiya və startaplarla bağlı məlumatlandırılıblar

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsinin tələbələri ilə innovasiya və startaplarla bağlı görüş keçirilib.

Görüşdə universitetin elm şöbəsinin müdiri Elçin Nəsirov, İnnovasiyalar mərkəzinin direktoru Könül Həsənova və mərkəzin koordinatoru Elvin Ağayev çıxışlar ediblər.

Görüş çərçivəsində tələbələrə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) və Azərbaycan Dövlət Aqrar Universitetinin innovasiya sahəsinə olan diqqəti, innovasiya və startapların günümüzdəki aktuallığı və İnnovasiyalar mərkəzinin fəaliyyəti haqqında geniş məlumat verilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və tələbələr mərkəzin təlim fəaliyyətinə qoşulmaq üçün qeydiyyatdan keçirilib.

Mühəndislik fakültəsinin tələbələri innovasiya və startaplarla bağlı məlumatlandırılıblarMühəndislik fakültəsinin tələbələri innovasiya və startaplarla bağlı məlumatlandırılıblarMühəndislik fakültəsinin tələbələri innovasiya və startaplarla bağlı məlumatlandırılıblarMühəndislik fakültəsinin tələbələri innovasiya və startaplarla bağlı məlumatlandırılıblarMühəndislik fakültəsinin tələbələri innovasiya və startaplarla bağlı məlumatlandırılıblarMühəndislik fakültəsinin tələbələri innovasiya və startaplarla bağlı məlumatlandırılıblar