Orta məktəb şagirdləri Mühəndislik fakültəsində olublar

Orta məktəb şagirdləri Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsinə ekskursiya ediblər.

“Heyrətamiz elmi təcrübələr” layihəsi çərçivəsində ADAU-da olan şagirdlərlə keçirilən ekskursiyanın məqsədi öyrəndikləri bilik və bacarıqları gündəlik həyatda istifadə edə bilmək, gələcəkdə doğru ixtisas seçimi etmək, tənqidi, yaradıcı, analtik düşünmə, təhliletmə bacarıqlarını daha da inkişaf etdirmək və qarşılaşdıqları problemləri müstəqil həll edə bilmələrini təmin etməkdən ibarətdir.

Həmçinin, şagirdlər ADAU-nun maddi-texniki bazası, aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olub, həyata keçirilən beynəlxalq layihələr barədə məlumat alıblar.


Orta məktəb şagirdləri Mühəndislik fakültəsində olublarOrta məktəb şagirdləri Mühəndislik fakültəsində olublarOrta məktəb şagirdləri Mühəndislik fakültəsində olublarOrta məktəb şagirdləri Mühəndislik fakültəsində olublar